Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyədə baş vermiş hadisənin videosu sosial şəbəkədə gündəm olub.
Avtosfer.az xəbər verir ki, hadisə zamanı yük avtomobilinin sürücüsü manevr qaydalarını pozaraq sol zolaqda hərəkət edən minik avtomobilinə təhlükəli vəziyyət yaradıb. Qəza riski ilə üz-üzə qalan minik avtomobilinin sürücüsü səs siqnalı verərək etirazını bildirib.
Bu xəbərdarlıqdan sonra yük maşınının sürücüsü avtomobildən düşərək mübahisəyə cəhd edib. Lakin bu an gözlənilməz hal yaşanıb. Belə ki, minik avtomobilinin sürücüsü xüsusi səs və işıq siqnalı ilə polis əməkdaşı olduğunu bildirib.
Polis olduğunu anlayan yük maşını sürücüsü dərhal avtomobilinə geri dönərək hadisə yerindən uzaqlaşıb.
Fərid