Yolu kəsməyi azmış kimi, əl qol edib narazılıq da bildirir VİDEO

17.07.2025

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xırdalan şəhərində yol hərəkəti qaydasını pozan sürücü hərəkətə mane olub. Avtosfer.az xəbər verir ki, hadisə şəhərin Mehdi Hüseynzadə küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində qeydə alınıb. Belə ki, 90-TV-116 qeydiyyat nişanlı, "Chevrolet" markalı avtomobilin sürücüsü sola dönən zaman qarşıdan gələn avtomobilə yol verməyib. Onun yolunu kəsməklə yanaşı, əl hərəkətləri ilə öz narazılığını da bildirib.

Qeyd edək ki, bu qayda pozuntusuna görə, sürücü İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə oluna bilər.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью