Yolu kor koranə keçən qadın qəzadan son anda xilas oldu VİDEO

18.03.2026

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Paytaxtın Yasamal rayonu, Zahid Xəlilov küçəsində ("Elmlər Akademiyası" metrosunun yaxınlığında) qayda pozan piyada kameraya düşüb. 

Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl axşam saatlarında qeydə alınıb.

Kadrlardan görünür ki, qadın piyada yolu təyin olunmamış yerdən keçməyə cəhd edib. Üstəlik o, yola baxmadan hərəkət edib və bu səbəbdən yaxınlaşan avtomobillə toqquşma riski yaranıb. Xoşbəxtlikdən sürücüylə yanaşı piyada da son anda dayanıb və baş verəcək qəzanın qarşısı alınıb.

Qeyd edək ki, piyadalar yalnız piyada keçidlərindən istifadə etməli, yolu keçərkən isə hər zaman yaxınlaşan nəqliyyat vasitələrinə diqqət etməlidirlər. Belə davranışlar sürücülərin və piyada iştirakçılarının həyatını risk altına qoya bilər, hətta kiçik diqqətsizlik ağır qəzalara səbəb ola bilər.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью