Yolu necə gəldi keçən qadın azyaşlı övladını da riskə atdı VİDEO

04.06.2026

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Paytaxtın Binəqədi rayonu, Abay Kunanbayev küçəsində qayda pozan piyada avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 28-də saat 20:05 radələrində qeydə alınıb. Görüntülərdə qadın piyadanın qucağında azyaşlı övladı ilə birlikdə yolu müəyyən olunmamış yerdən keçdiyi əks olunur. O, yaxınlaşmaqda olan nəqliyyat vasitəsinə məhəl qoymadan hərəkətini davam etdirib və bu, yolun hərəkət hissəsində riskli vəziyyət yaradıb.

Belə hallar xüsusilə azyaşlı uşaqların iştirakı ilə baş verdikdə daha ciddi təhlükə yaradır. Piyadaların yalnız nəzərdə tutulmuş keçidlərdən istifadə etməsi və hərəkət edən nəqliyyat axınını nəzərə alması yol təhlükəsizliyi baxımından vacibdir.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью