Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Bakıda qəfildən yola çıxan piyadanı avtobus vurub. Avtosfer.az xəbər verir ki, hadisə ilə bağlı görüntüləri “Xaliq Faiqoğlu” şirkəti yayımlayıb.
Kadrlarda piyadanın qəfildən özünü yola atdığı və bu zaman hərəkətdə olan avtobusun onu vurduğu görülür.
Bundan əlavə, sürücünün peşəkarlığı və hadisəyə ani reaksiyası piyadanın qəzadan xəsarət almadan qurtulub, lakin daha ağır nəticələr ola bilərdi.
“Xaliq Faiqoğlu” piyadalara, yolu keçərkən həyatlarını riskə atmamalarını, təyin edilmiş yerlərdən və təhlükəsizlik qaydalarına əməl edərək yolu keçmələrini tövsiyyə edib.
Sözügedən hadisənin videosunu təqdim edirik:
Namiq Musayev