Icma.az, Avtosfer saytına istinadən bildirir.
Bakıda yol hərəkəti qaydasını kobud şəkildə pozan sürücünün videosu avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 11-də, paytaxtın Həsən Əliyev küçəsində qeydə alınıb. Belə ki, 90-RV-036 qeydiyyat nişanlı "VAZ" markalı avtomobilin sürücüsü düzgün yola girmədiyi üçün istiqaməti dəyişmək üçün qaydaları pozub. O, ayırıcı zolağın üzərinə çıxaraq sağ hərəkət hissəsinə keçib. Bununla kifayətlənməyən sürücü daha sonra svetoforun qırmızı işığında yoluna davam edib.
Fərid
bax.tvhttps://player.bax.tv/embed/227800.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=avto-moto-xeberler