Yolu səhv salan taksi sürücüsü ölümlə üz üzə qaldı VİDEO

09.04.2025

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda "Bolt" taksi şirkəti sürücüsünün diqqətsizliyi ağır qəzaya səbəb olacaqdı. Avtosfer.az xəbər verir ki, hadisə aprelin 5-də, paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, 77-YU-586 qeydiyyat nişanlı "LEAPMOTOR" markalı avtomobilin sürücüsü birtərəfli yolun əksi istiqamətinə çıxaraq axına qarşı hərəkət edib. Görüntünü qeydə alan sürücü təhlükəni görən anda sağa manevr edərək qəzadan yayınıb.

Xoşbəxtlikdən hər iki sürücü yolun düz hissəsində üz-üzə gəliblər. Əgər sürücünün ötmə etdiyi döngədə üzləşsəydilər qəza qaçılmaz olacaqdı.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью