Yolu tanımayan qadın sürücü əks yola çıxdı VİDEO

24.11.2025

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ölkə yollarından birində axşam saatlarında təhlükəli yol hərəkəti qaydası pozuntusu qeydə alınıb. 

Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə bir sürücünün avtomobili əks istiqamətdə idarə etdiyi açıq şəkildə görünür. Hadisəni müşahidə edənlər sürücünün xanım olduğunu bildirir və ehtimal edirlər ki, o, yolu tanımadığı üçün səhvən qarşı zolağa daxil olub.

Şahidlərin sözlərinə görə, sürücü müəyyən məsafəni əks yolda hərəkətdə davam etdirib və bu, digər nəqliyyat vasitələri üçün real təhlükə yaradıb. Belə hallarda ən kiçik diqqətsizlik belə ciddi qəzalarla nəticələnə bilər.

Xüsusilə gecə saatlarında işıqlandırmanın zəif olduğu yerlərdə sürücülərin yol nişanlarına, hərəkət istiqaməti göstəricilərinə daha diqqətli yanaşması vacibdir. Nəzərdən qaçan bir nişan və ya yanlış dönmə qərarı həm sürücünün özünü, həm də digər hərəkət iştirakçılarını təhlükə ilə üz-üzə qoya bilər.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью