Yolu təmizləyən dövlət qurumunun maşını sürücülərə çətin anlar yaşadıb VİDEO

06.03.2025

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Paytaxtın bir sıra yollarında qarlı havalardan sonra asfaltda, eləcə də yolkənarı məhəccərlərdə və bardürlərdə kirlənmə müşahidə edilirdi. Bu isə həm havanın çirklənməsinə, həm də avtomobillərə zərər dəyməsinə səbəb olur. Buna görə də küçələrin təmizlənməsinə ehtiyac var.

Avtosfer.az xəbər verir ki, Bakı-Sumqayıt yolunun Binəqədi rayonundan keçən hissəsində təmizlik işləri görülüb.

Belə ki, yolda təmizlik işləri görən aidiyyəti qurumun nümayəndələri qaş düzəltdikləri yerdə vurub gözü də çıxarıblar. Yoldakı beton arakəsmənin üzərindəki toz və qum hissələri sürüclər üçün çətin anlar yaşadıb.

Görmənin məhdudlaşdığı şəraitdə avtomobil idarəçiləri hətta yolu təmizləyən nəqliyyat vasitəsini də görə bilməyiblər.

Sürücülər aidiyyəti qurumları qəza şəraiti yaratmaqdansa, belə məsələlərdə diqqətli olmasını xahişe dir.

Səfər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью