Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
(Cahangir Məmmədlinin doğum gününə söz ithafı, yaxud qəlbin qəlbə öz ithafı) Sartr deyirdi ki, ziyalı tənhadır.
Əlbəttə, yazıçı təkliyin, yalnızlığın mənəvi tərəfini nəzərdə tuturdu. Biri də var ki, bütün aspektlərdə tənhalıq.
Dünyaya gözlərini açıb görəsən ki, nə ata var, nə ana. Beləcə, ağır müharibənin ortası və sonrasında çətinliklə ötən uşaqlıq illəri.
Bu azmış kimi ardınca da Rusiyanın ən şaxtalı, ən soyuq Kamçatka adlanan uzaq vilayətinə hərbi xidmətə yollanasan.
Uzun ayrılıqdan sonra yenidən Vətənə qayıdıb və yenidən qismətinə yazılan ayrılığı yaşayasan. Bu dəfə doğma elin-obanın ayrılığı...
Beləcə, Tanrının yaratdığı "insan" adlı kamil yaradılış da, yaxud Talstoyun təbirincə desək, qələmə alınan ən möhtəşəm əsərlərin də taleyi sanki bir-birinə bənzəyir.
Və yaxud belə başlayır: Ya bir insan yola çıxır, ya da bir şəhərə yad adam gəlir".