Yolun kənarındakı hadisələrə reaksiya verməyin sonu bununla nəticələnir BELƏ ETMƏYİN! VİDE…
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paytaxtın Heydər Əliyev prospektində sürücülərin ləng hərəkət etməsi yolda uzun tıxaca səbəb olub.
Avtosfer.az xəbər verir ki, sıxlıq "saatlı bina" kimi tanınan ərazidən, yəni Ağa Nemətulla küçəsi ilə kəsişmədən başlayaraq "Koroğlu" metrostansiyasına qədər uzanıb.
Tıxacın səbəbləri araşdırılarkən maraqlı bir məqam ortaya çıxıb.
Sürücülər qarşı istiqamətdə aparılan təmir işlərini izləmək üçün sürəti azaldıblar.
Bu hal isə onların hərəkətini ləngidərək, ardınca gələn avtomobillərin axınının pozulmasına gətirib çıxarıb.
Nəticədə, əsas prospektdə uzun tıxac yaranıb. Bu cür hallar Bakı yollarında tez-tez təkrarlanan bir problemə çevrilib.
Kiçik qəzalar, yol kənarında dayanmış avtomobillər və ya hətta hansısa qeyri-adi hadisə sürücülərin marağına səbəb olur.
Tam oxu
Xəbəri oxu