Yolun ortasında atılıb düşdülər Bakıda uşaqların təhlükəli hərəkəti VİDEO

19.08.2026

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ölkə.az xəbər verir ki, videonu bloger Saleh Nəsirov ictimailəşdirib. 

Görüntülərdən məlum olur ki, iki uşaq avtomobil yolunun ortası ilə qaçırlar, atılıb-düşürlər. 
Artıq polis məsələ ilə bağlı araşdırmalara başlayıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, paytaxt ərazisində nəqliyyat axınının intensiv olduğu yolda təhlükəli hərəkətlər edərək həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi risk yaradan azyaşlılar polis əməkdaşları tərəfindən müəyyən ediliblər. 

Məlumata görə, hər iki azyaşlı valideynləri ilə birlikdə Xətai Rayon Polis İdarəsinə dəvət olunaraq onlarla profilaktik iş aparılıb, yol hərəkəti və təhlükəsizlik qaydalarına riayət etmələrinin vacibliyi izah edilib.

“Eyni zamanda azyaşlıların həyat və sağlamlığının qorunması, onların təhlükəli davranışlardan çəkindirilməsi və bu kimi halların təkrarlanmaması məqsədilə valideynlərlə müvafiq maarifləndirici söhbətlər aparılıb. Övladlarının davranışlarına nəzarəti artırmalı olduqları onların diqqətinə çatdırılıb”, - nazirlikdən qeyd oluniub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью