Yolun ortasında dayanan kişi maşını son anda görüb qorxuya düşdü VİDEO

19.03.2025

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Abşeron rayonu, Saray qəsəbəsində qayda pozan piyada görüntülənib.

Avtosfer.az-ın məlumatına görə, hadisə martın 18-də saat 17:30 radələrində qeydə alınıb. Kadrdan göründüyü kimi, yaşlı kişi hərəkətdə olan avtomobillərə əhəmiyyət vermədən yolun ortasında dayanıb. Ardınca sola baxan piyada yaxınlaşan avtomobili görərək qorxub. Buna baxmayaraq o, nəqliyyat vasitələrinin üzərinə gedərək yolu keçib. 

Qeyd edək ki, yaxınlıqda piyada keçidi mövcuddur. Lakin bəzi piyadalar yolu təyin olunmamış yerdən keçərək həm özlərini, həm də sürücüləri təhlükəylə üz-üzə qoyurlar. 

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью