Yolun ortasında dayanıb maşını geriyə sürən sürücü 77 HP 339 VİDEO

22.01.2025

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı-Sumqayıt şossesində qayda pozan sürücü videoqeydiyyatçıya düşüb.

Avtosfer.az xəbər verir ki, hadisə yanvarın 21-də saat 11:17 radələrində qeydə alınıb. Belə ki, 77-HP-339 dövlət nömrə nişanlı “Opel Astra” markalı avtomobilin sürücüsü ikinci cərgədə dayanaraq nəqliyyat vasitələrinə təhlükə yaradıb. Bununla kifayətlənməyən sürücü, maşını geriyə verərək həmin zolaqda hərəkətdə olan avtomobilə qəza şəraiti yaradıb. Görüntünü qeydə alan sürücünün sözlərinə görə, qayda pozan şəxs müştəri götürmək üçün maşını arxa-arxaya sürüb. 

Təəssüflə qeyd edək ki, sözügedən ərazidə belə xoşagəlməz hallarla tez-tez  rastlaşmaq mümkündür. Adətən “Manatlıq taksi”lər zolaqda anidən dayanaraq sürücülərin hərəkətinə əngəl törədirlər və qəza riskinə səbəb olurlar. 

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью