Yolun ortasında dayanıb söhbət edən sürücülər hərəkətə mane oldular VİDEO

14.10.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Paytaxtın Babək prospektində qayda pozan sürücülər avtomobilin videoregistratoruna düşüb.

Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 14-də saat 13:12 radələrində qeydə alınıb. Belə ki, 77-QJ-418 dövlət nömrə nişanlı “BYD” markalı və 77-TP-198 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillərin sürücüləri yolun hərəkət hissəsində dayanaraq söhbət ediblər. Kadrdan görünür ki, onlar iki zolaqlı yolu zəbt edərək digər sürücülərin hərəkətinə əngəl törədiblər. Bir müddət sonra eyni sürücülər yenidən maşını yolun ortasında saxlayaraq dialoqa davam ediblər. Nəticədə onlar digər hərəkət iştirakçılarına mane olmaqla yanaşı qəza şəraiti yaradıblar. 

Qanunvericiliyə görə, yolun hərəkət hissəsində dayanmaq və ya durmaq yalnız xüsusi istirahət yerlərində və dayanacaq məntəqələrində mümkündür. Bundan kənar hallarda, xüsusilə iki zolaqlı yolda digər sürücülərin hərəkətinə mane olmaq ciddi təhlükə yaradır və qanunla cəzalandırılır.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью