Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Paytaxt ərazisində hərəkət iştirakçılarının təhlükəsizliyini riskə atan piyada avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyulun 3-də saat 21:37 radələrində qeydə alınıb. Görüntülərdən məlum olur ki, piyada nəqliyyatın intensiv hərəkət etdiyi yolun hərəkət hissəsində dayanıb və yolun ortasında hərəkət edərək sürücülər üçün qəfil maneə yaradıb. O, yaxınlaşan avtomobillərə məhəl qoymadan hərəkətini davam etdirib. Sürücülərin diqqətli və ehtiyatlı davranması nəticəsində piyadanın vurulmasının qarşısı alınıb.
Xatırladaq ki, piyadalar yolu yalnız bunun üçün nəzərdə tutulmuş yerlərdən keçməli, hərəkət hissəsində lüzumsuz dayanmalı və ya nəqliyyat vasitələrinin hərəkətinə mane olmamalıdırlar.
Nərmin