Yolun ortasında maşını park edən sürücü hərəkəti dayandırdı VİDEO

28.02.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Xırdalanda yol hərəkəti qaydasını pozan sürücü hərəkəti çətinləşdirib. Avtosfer.az xəbər verir ki, hadisə 9 saylı orta məktəbin qarşısında qeydə alınıb.

Belə ki, 01-CS-570 qeydiyyat nişanlı "KIA" markalı avtomobilin sürücüsü yolun ortasında park edərək oradan uzaqlaşıb. Bu səbəbdən yolda hərəkət məhdudlaşıb.

Qeydə alınmış videodan da aydın şəkildə görünür ki, avtomobilin dayandığı yerdən başlayaraq küçənin sonuna qədər tıxac yaranıb.

Qeyd edək ki, övladını məktəbə gətirən valideynlər hər gün sözügedən ərazidə parklanma qaydasını pozaraq hərəkəti bu formada məhdudlaşdırırlar.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью