Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakıda yol hərəkəti qaydasını pozan avtobus sürücüsünün görüntüsünü oxuculardan biri qeydə alaraq redaksiyamızın qaynar xəttinə göndərib. Avtosfer.az xəbər verir ki, hadisə mayın 11-də, Sabunçu rayonu Yeni Ramana yolunda qeydə alınıb.
Belə ki, 141 saylı xətt üzrə fəaliyyət göstərən 99-GV-626 qeydiyyat nişanlı avtobusun sürücüsü yolun sol zolağında dayanaraq sərnişinləri düşürüb. Avtobusdan düşüb yolu keçən sərnişinlərin təhlükə ilə üz-üzə qalması videogörüntüyə əks olunub.
Qeyd edək ki, bu qayda pozuntusuna görə, sürücü İnzibati Xətalar Məcəlləsinin 346.3-cü maddəsilə 4 bal 100 manat məbləğində cərimə oluna bilər.
Fərid