Yolun ortasında sərnişin mindirib ona iradını bildirən sürücüyə “yol polisisən?” dedi VİDE…
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Paytaxt küçələrindən birində qayda pozan sürücü hərəkəti məhdudlaşdırıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb.
Videodan göründüyü kimi, 77-QF-745 dövlət nömrə nişanlı “Changan” markalı avtomobilin sürücüsü ikinci cərgədə dayanaraq sərnişin mindirib.
Nəticədə o, arxadan gələn motosikletin hərəkətinə əngəl törədib.
Əks istiqamətli yola çıxan motosiklet sürücüsü siqnal verib, ardınca “Oradan sərnişin mindirib-düşürmürlər” deyərək iradını bildirib.
Bir müddət sonra qayda pozan taksi sürücüsü ona yaxınlaşıb və motosikletçiyə “Yol polisisən?” deyərək törətdiyi xətaya haqq qazandırıb.
Nərmin Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu