Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yol təmiri başlayanda sürücüləri və sakinləri ən çox maraqlandıran suallardan biri işlərin nə vaxt yekunlaşacağıdır. Bəs təmir müddəti nədən asılıdır və niyə bəzən gözləniləndən daha uzun çəkir?
BAKU.WS xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) *"Yolun Düzü" rubrikasının növbəti buraxılışında* bu suallara aydınlıq gətirib.
Bildirilib ki, yol təmiri yalnız köhnə asfalt örtüyünün yenisi ilə əvəzlənməsindən ibarət deyil. Bəzi hallarda yolun alt qatlarının bərpası, drenaj sistemlərinin qurulması və digər texniki işlərin aparılması tələb olunur. Təmir müddətinə yolun mövcud vəziyyəti, yeraltı kommunikasiya xətləri, ərazinin relyefi və nəqliyyatın hərəkət intensivliyi də təsir göstərir.
Bəs bütün bu proseslər necə həyata keçirilir və təmirin müddətini müəyyən edən əsas amillər hansılardır?
Ətraflı "Yolun Düzü" rubrikasının növbəti videoburaxılışında.