Yolunu qısaldan motosiklet sürücüsü görün nə etdi VİDEO

28.11.2024

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Bakıda yol hərəkəti qaydasını pozan sürücünün videosu kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə noyabrın 21-də, paytaxtın Tbilisi prospektində baş verib.

Belə ki, 99-A-174 qeydiyyat nişanlı motosikletin sürücüsü yolunu qısaltmaq üçün piyada keçidindən istifadə edib. O, keçidin üzərinə çıxaraq geriyə dönmə manevri həyata keçirib.

Qeyd edək ki, motosikletlərin, mopedlərin və velosipedlərin keçiddən bu formada keçməsi qanunla qadağandır.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью