Yolunu qısaldan taksi sürücüsü qanundan kənar hərəkət etdi VİDEO

23.01.2025

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda yol hərəkəti qaydasını pozan taksi sürücüsü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə yanvarın 18-də, paytaxtın Babək prospektində baş verib.

Belə ki, "Bolt" şirkətinə məxsus 77-RE-534 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü yolunu qısaltmaq üçün qaydaları pozub. O, sağ zolaqdan qəfil sola dönərək təhlükəsizlik adacığının üzərindən manevr edib.

Sözügedən videonu təqdim edirik.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью