Yolunu qısaltmaq istəyən sürücü prospekti protiv getdi VİDEO

05.05.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Bakıda yol hərəkəti qaydasını pozan sürücünün hərəkətləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə mayın 3-də, paytaxtın Rəşid Behbudov küçəsində qeydə alınıb.

Belə ki, 77-LN-068 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü yolunu qısaltmaq üçün qaydaları pozub. O, yolayrıcından ancaq sağa dönməli olan halda, sola dönərək yolun əksi istiqamətində hərəkət edib.

Qeyd edək ki, bu qayda pozuntusuna görə, həmin sürücü İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsilə 4 bal 150 manat məbləğində cərimə oluna bilər.

Fərid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью