Yon Dal Tomasson İsveç millisinin baş məşqçisi vəzifəsindən göndərilib

14.10.2025

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İsveç yığmasının baş məşqçisi Yon Dal Tomasson vəzifəsindən göndərilib. Sport24.az xəbər verir ki, bu barədə İsveç Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Buna səbəb İsveç millisinin qeyri-qənaətbəxş nəticələri olub. DÇ-2026-nın seçmə mərhələsində B qrupunda yer alan komanda ötən gün Kosovo ilə matçda məğlub olub - 0:1.

Beləliklə, İsveç yığması qrupda keçirdiyi 4 oyunda 1 xal toplayaraq sonuncu - 4-cü yerdə qərarlaşıb. Turnir cədvəlinə 10 xalla İsveçrə yığması başçılıq edir. Kosovo (7 xal) ikinci, Sloveniya (3 xal) isə üçüncü pillədə yer alıb.

Qeyd edək ki, 49 yaşlı danimarkalı mütəxəssis 2024-cü ilin martından İsveç yığmasına rəhbərlik edirdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью