YonDal Tomasson: “Bununla kifayətlənməyəcəyik” İdman və Biz

18.11.2024

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qrupda birinci yeri tutsaq da, bununla kifayətlənməyəcəyik”.

İdman.biz xəbər verir ki, bunu İsveç millisinin baş məşqçisi Yon-Dal Tomasson deyib.

Təcrübəli mütəxəssis Millətlər Liqasının Azərbaycan yığmasına qarşı sabahkı oyunu ərəfəsində mətbuat konfransına qatılıb. Tomasson meydana qələbə üçün çıxacaqlarını bildirib: “C liqasının ən yaxşısı olmaq istəyirik. Bununla da DÇ-2026-nın pley-offuna vəsiqəni təmin etmiş olacağıq. Amma Azərbaycanla oyun öncəsi bəzi futbolçularla bağlı suallar var. Həkimlərin yekun rəyini gözləyirik. Onların oynayıb-oynamayacağını bu gün və ya sabah səhər dəqiq biləcəyik. 2-3 futbolçunun fiziki durumu ilə bağlı problemi var. Bu görüşdə kapitanımız Deyan Kulesevski olacaq”.

Qeyd edək ki, sabah keçiriləcək İsveç – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью