Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21.05.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 21 may, AZƏRTAC

Çin Xalq Respublikasının Sədri Si Cinpin tezliklə Koreya Xalq Demokratik Respublikasına (KXDR) gedə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Yonhap agentliyi Koreya Respublikası hökumətindəki mənbəyinə istinadla məlumat yayıb. Məlumata görə, bu səfər mayın sonunda – iyunun əvvəlində ola bilər.

Qeyd olunub ki, Çinin xarici işlər naziri Van İ aprel ayında KXDR-də olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью