Yonhap: Cənubi Koreyanın sabiq müdafiə naziri intihara cəhd edib

11.12.2024

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Koreya Respublikasının sabiq müdafiə naziri Kim Yon Hyun həbsxanada intihara cəhd edib.

APA xəbər verir ki, bu haqda Koreyanın Yonhap xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə hazırda sabiq müdafiə nazirinin səhhəti normaldır.

Qeyd edək ki, sabiq nazir konstitusiya quruluşunu devirmək üçün üsyanda şübhəli bilinir.

Koreyada bu əməllər ömürlük azadlıqdan məhrum etmə və ya ölüm hökmü ilə cəzalandırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью