Yonhap: Cənubi Koreyanın sabiq müdafiə naziri intihara cəhd edib

11.12.2024

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Koreya Respublikasının sabiq müdafiə naziri Kim Yon Hyun həbsxanada intihara cəhd edib.

Bu haqda Koreyanın Yonhap xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə hazırda sabiq müdafiə nazirinin səhhəti normaldır.

Qeyd edək ki, sabiq nazir konstitusiya quruluşunu devirmək üçün üsyanda şübhəli bilinir.

Koreyada bu əməllər ömürlük azadlıqdan məhrum etmə və ya ölüm hökmü ilə cəzalandırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью