Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Koreya Xalq Demokratik Respubliksı (KXDR) Koreya yarımadası ərazisində "GPS" siqnalının dalğalarını dağıdıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Bizimyol.info xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi məlumat yayıb.
Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, KXDR-in cənubundakı Kesonq və Haeju şəhərlərinə yaxın ərazilərdə siqnalın kəsilməsi qeydə alınıb. Bunun Cənubi Koreyanın bir neçə gəmisinin və onlarla mülki aviasiya təyyarəsinin hərəkətinin pozulmasına səbəb olduğu vurğulanıb.
Cənubi Koreya ordusu Şimali Koreyanı "GPS" siqnalının kəsilməsini dərhal dayandırmağa çağıraraq, "hər hansı nəticəyə görə məsuliyyətin Pxenyanın üzərinə düşəcəyini" xəbərdar edib. KXDR Cənubi Koreya tərəfinin bu bəyanatlarına hələlik münasibət bildirməyib.
Qadir, Bizimyol.info