Yoon Suk Yeol zorla dindirilmək üçün məhkəməyə gətirilə bilər

31.07.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Cənubi Koreyada keçmiş prezident Yoon Suk Yeol zorla dindirilmək üçün məhkəməyə gətirilə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici mətbuat xəbər verir.

Belə ki, Seul Mərkəzi Dairə Məhkəməsi xüsusi prokurorun tələbini təmin edib. Yoon iki dəfə sorğu-sual edilməsinə baxmayaraq cavab verməyib.

Məlumata görə, onun vəkilləri keçmiş prezidentin səhhətində problem olduğunu bildirirlər.

Xatırladaq ki, Yoon 2024-cü ilin dekabrında hərbi vəziyyət elanından sonra vəzifəsindən uzaqlaşdırılıb və yanvarda həbs olunub.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью