Yoon Suk Yeolun həbsi tələb edilir

30.12.2024

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cənubi Koreyada fövqəladə vəziyyətin tətbiq edilməsinə görə cinayət məsuliyyətinə cəlb edilən dövlət başçısı Yoon Suk Yeolun həbsi tələb edilib.

Bakıvaxtı.az Yonhapa istinadla xəbər verir ki, Cənubi Koreya polisi və vəzifəli şəxslərin istintaqı komissiyası ilə birlikdə təhqiqat aparan vəkillər bu barədə müraciət edib.

Bildirilib ki, sui-istifadə etmə şübhəsi ilə təqsirli hesab edilən dövlət başçısının istintaqa gəlməməsi belə bir qərarın alınmasına səbəb olub.

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью