Yoonun impiçmenti ilə bağlı ilkin iclas keçirilir

27.12.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Cənubi Koreya Konstitusiya Məhkəməsində prezident vəzifəsindən kənarlaşdırılan Yoon Suk Yeolun impiçmenti üzrə məhkəmənin ilkin hazırlıq iclası keçirilir. 

Bakıvaxtı.az bu barədə "Yonhap"a istinadla xəbər verir.

Yayılan məlumatda qeyd edilib ki, ilkin dindirmənin bir hissəsi olaraq Yoon və Milli Assambleyanın nümayəndələri şahidlərin və sübutların siyahılarını təqdim etmək, həmçinin, gələcək dindirmələr üçün tarixləri təyin etmək üçün görüşüblər.

Bununla da dekabrın 3-də qısa müddətli hərbi vəziyyət elan edilməsinə görə müvəqqəti olaraq prezidentlik vəzifəsindən kənarlaşdırılan Yoonun vəzifəsindən azad edilib-edilməməsi ilə bağlı ilkin hazırlıq iclası başlayıb.

Hərbi vəziyyət elan edildiyinə görə "qiyama cəhd" ittihamı ilə mühakimə olunan Yoon ittiham təsdiqlənərsə, vəzifəsindən uzaqlaşdırılacaq.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью