Medicina portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Davamlı yorğunluq, unutqanlıq və diqqət dağınıqlığı ilə qarşılaşan insanlara qidalanmalarına diqqət etmələri tövsiyə olunur.
Medicina.az xəbər verir ki, B12 vitamini enerji mübadiləsi və sinir sisteminin normal fəaliyyəti üçün mühüm rol oynayır.
B12 vitamini əsasən heyvan mənşəli qidalarda – qaraciyər, ət, balıq və digər dəniz məhsulları, yumurta və süd məhsullarında olur. Yetkinlər üçün gündəlik tövsiyə olunan miqdar 4 mikroqramdır.
Bu vitaminin uzunmüddətli çatışmazlığı güclü yorğunluq, qanazlığı, nəfəs darlığı, ətraflarda keyimə, əhval və yaddaş problemlərinə səbəb ola bilər.
Xüsusilə 50 yaşdan yuxarı şəxslər, vegan qidalananlar, həzm sistemi xəstəlikləri olanlar və bəzi dərmanlardan istifadə edənlər B12 çatışmazlığı baxımından daha diqqətli olmalıdırlar.
Qeyd olunur ki, B12 çatışmazlığı olmayan insanlarda bu vitamin əlavə enerji vermir. Əsas məqsəd orqanizmin ehtiyac duyduğu miqdarı müntəzəm şəkildə təmin etməkdir.
Xanım,
Medicina.az