YouTube 2026 cı il üçün planlarını açıqladı

24.01.2026

Icma.az bildirir, Milli.az portalına istinadən.

"YouTube" platforması 2026-cı il üçün nəzərdə tutulan inkişaf planlarını ictimaiyyətə təqdim edib.

Milli.Az-ın məlumatına görə, şirkətin baş icraçı direktoru Neal Mohan qarşıdakı il üçün əsas yeniliklər barədə danışıb. Bildirilib ki, kontent istehsalçıları üçün süni intellektə əsaslanan yeni alətlər istifadəyə veriləcək. Bu imkanlara Shorts formatı üçün AI ilə video hazırlanması, mətn əsasında oyunların yaradılması və musiqi istehsalı daxildir.

Eyni zamanda platformada tətbiqdaxili alış funksiyası daha da genişləndiriləcək. İstifadəçilər artıq videolardan çıxmadan birbaşa məhsul ala biləcəklər. Hazırda yarım milyondan artıq yaradıcı "YouTube Shopping" proqramı çərçivəsində fəaliyyət göstərir.

Bununla yanaşı, "Shorts" lentində şəkil paylaşımı funksiyasının aktivləşdiriləcəyi qeyd olunub. Məlumata əsasən, bu format gündəlik orta hesabla 200 milyard baxış əldə edir.

Şirkət həmçinin uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulmuş valideyn nəzarəti mexanizmlərinin daha da təkmilləşdiriləcəyini açıqlayıb.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью