YouTube bu xidməti pullu etdi

11.02.2026

Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

AzVision.az xəbər verir ki, bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Son yeniləmədə oxutma ekranında “Lyrics” bölməsində qalan pulsuz baxışların sayı ilə bağlı bildiriş və funksiyanı "Premium" abunə vasitəsilə açmaq təklifi göstərilir. İstifadəçilərə mahnı mətnlərini beş dəfə pulsuz izləmək imkanı verilir, bundan sonra onlar yalnız ilk sətirləri görə bilirlər, mətnin qalan hissəsi isə gizlədilir.
Dəyişikliklər bir neçə ay ərzində əvvəlcə azsaylı istifadəçi qrupu üzərində sınaqdan keçirilib. İndi isə bütün dünyada tətbiq olunmağa başlayır. "Google" tərəfindən yeniliyə dair hələlik rəsmi təsdiq verilməyib.
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью