YouTube dan istifadəçiləri pullu versiyaya məcbur edən addım

03.02.2026

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Məşhur video platforması "YouTube" mobil brauzerlər vasitəsilə reklamdan yayınan və ödənişsiz şəkildə fon musiqisi dinləyən istifadəçilərin yolunu bağlayır. Şirkət fon rejimində musiqi oxutma xüsusiyyətini üçüncü tərəf mobil brauzerlər üçün əlçatmaz edir.
Demokrat.az xəbər verir ki, telefonda "YouTube" dan fon musiqisi dinləmək artıq rəsmi olaraq ödənişli xidmətə çevrilir.
"Google"un bu qərarı birbaşa "YouTube Premium" abunəliyini stimullaşdırmaq məqsədi daşıyır. Şirkət artıq təkcə reklam gəlirləri ilə kifayətlənmir, həm də sabit abunə sistemi vasitəsilə qazancını maksimallaşdırmağı hədəfləyir. İndiyə qədər "Samsung Internet", "Brave", "Vivaldi" və "Edge" kimi brauzerlər istifadəçilərə ekran kilidli olsa belə musiqi dinləməyə imkan verirdi ki, bu da rəsmi abunə modelinin cəlbediciliyini azaldırdı. Texnologiya nəhəngi bu "boşluğu" aradan qaldıraraq, istifadəçiləri rahatlıq üçün aylıq ödəniş etməyə yönləndirir.
Yəni, artıq telefonun ekranını söndürüb və ya başqa tətbiqə keçib "YouTube"dan musiqi dinləmək üçün mütləq "Premium" abunəliyi alınmalıdır. Əvvəllər müxtəlif brauzerlərlə bu məhdudiyyətdən yayınmaq mümkün olsa da, yeni texniki tənzimləmələr bu imkanı bloklayır.
İsmayıl
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью