“YouTube” izlənmə sayını dəyişir

18.08.2026

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


“YouTube” videolardakı izlənmə sayının hesablanması qaydasını dəyişir. Yeni sistemdə videonun oynadılmağa başlaması ilə bir baxış qeydə alınacaq.

“Bakupost” xəbər verir ki, 24 avqustdan tətbiq ediləcək yeni qayda bütün videolara, Shorts məzmunlarına və canlı yayımlara şamil olunacaq.

Hazırkı sistemdə isə baxışın qeydə alınması üçün videonun müəyyən müddət izlənməsi tələb olunurdu.

Yeni qayda ilə videoların izlənmə saylarının əhəmiyyətli dərəcədə artacağı gözlənilir. “YouTube” bildirib ki, əvvəlki “aktiv baxış” göstəricisi analitik bölməsində də təqdim olunacaq.

Vüsalə Hüseynova,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью