YouTube milyonlarla abunəçisi olan kanalları sildi

30.01.2026

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"YouTube" süni intellektlə hazırlanmış aşağı keyfiyyətli məzmunla mübarizə çərçivəsində bir neçə məşhur kanalı eyni vaxtda platformadan silib.

Milli.Az xəbə verir ki,  onlayn video montaj platforması Kapwing-in yeni hesabatı göstərir ki, "Google"a məxsus "YouTube" 2026-cı ilin əvvəlində ümumilikdə 4,7 milyard baxışa malik süni intellekt yönümlü videoları silib.

Hesabata əsasən, "YouTube" ən çox abunəçiyə sahib 100 süni intellekt kanalından 16-nı platformadan tamamilə silib və ya onların bütün məzmununu deaktiv edib. Bu kanallar birlikdə 35 milyondan çox abunəçiyə malik olub və illik təxminən 10 milyon dollar gəlir əldə edirdilər.

Məlumata görə, YouTube bu kanalları aşkarlamaq üçün əsasən ənənəvi spam müəyyən etmə mexanizmlərindən istifadə edib. Platforma bir tərəfdən yeni süni intellekt əsaslı redaktə və generasiya alətlərini təqdim etsə də, digər tərəfdən keyfiyyətsiz və kütləvi şəkildə yaradılan AI məzmununun yayılmasını məhdudlaşdıracağını açıqlayıb.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью