Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“YouTube” televizor ekranından izlənilən videolarda eyni vaxtda bir neçə nəfərin baxışını nəzərə almağa hazırlaşır. Yeni sistemlə videoların ümumi baxış sayı daha yüksək görünəcək.
“Bakupost” xəbər verir ki, platforma eyni ekrandan bir neçə nəfərin izləməsini statistik model əsasında hesablayacaq. Sistem uzun videoları, “Shorts” məzmunlarını və canlı yayımları əhatə edəcək.
“YouTube” bildirib ki, izləyicilərin sayını müəyyənləşdirmək üçün kamera və mikrofondan istifadə olunmayacaq.
Yeni qayda baxış sayını artırsa da, reklam gəlirlərinə və “YouTube Partner Proqram”na qoşulma şərtlərinə təsir etməyəcək. Dəyişiklik yalnız sistem tətbiq edildikdən sonrakı izlənmələrə şamil olunacaq.
Vüsalə Hüseynova,
BakuPost