Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“YouTube” 2027-ci ilin əvvəlindən yeni “AV2” video formatını tətbiq etməyi planlaşdırır. Yeni texnologiya videoların daha yüksək keyfiyyətdə və daha az fasilə ilə izlənməsinə imkan verəcək.
“Bakupost” xəbər verir ki, “AV2” formatı mövcud “AV1” standartı ilə müqayisədə təxminən 30 faiz daha səmərəli sıxılma təmin edir. Bu, daha az internet trafiki ilə eyni görüntü keyfiyyətini qorumağa imkan verəcək.
Yeni formatın əvvəlcə “YouTube”un veb versiyasında tətbiqi nəzərdə tutulur. Mobil tətbiqlər və smart televizorlar üçün tarix açıqlanmayıb.
Vüsalə Hüseynova,
BakuPost