“YouTube”dan blogerlərə bəd xəbər

19.10.2026

Icma.az bildirir, Bakupost portalına istinadən.


“YouTube” videoları açmadan məlumat əldə etməyə imkan verən süni intellekt əsaslı axtarış funksiyasını sınaqdan keçirir. Yenilik kontent yaradıcılarının baxış sayına və gəlirlərinə təsir göstərə bilər.

“Bakupost” xəbər verir ki, ABŞ-də məhdud sayda istifadəçi üçün sınaqdan keçirilən funksiya axtarış nəticələrində mətn xülasələri və videolardan əsas məqamları təqdim edir.

İstifadəçilər cavabları videoya daxil olmadan əldə edə bilərlər. Bu isə xüsusilə təlimat videolarına kliklərin və reklam gəlirlərinin azalmasına səbəb ola bilər. Funksiyanın real təsiri hələ məlum deyil.

Vüsalə Hüseynova,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью