Yoviç Milandan ayrılır

06.03.2025

Icma.az xəbər verir, Operativ MM saytına əsaslanaraq.

"Milan"ın hücumçusu Luka Yoviç mövsümün sonunda klubu tərk edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı hücumçu yayda klubu azad agent kimi tərk edəcək.

Bu mövsüm forvard A Seriyasında 7 matçda meydana çıxıb, lakin qol vura bilməyib.

“Milan” A Seriyasının 27 turunda 41 xal toplayıb və lider “İnter”dən 17 xal geri qalaraq turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью