Yox dostlar, bu təklif artıq keçərli deyil Lavrov

21.05.2025

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Ukrayna ilə münaqişənin nizamlanması prosesində “atəşkəs – sonra baxarıq” yanaşması artıq keçərli deyil.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Rusiya-Ermənistan Universitetində çıxışı zamanı bildirib.

Lavrov 2022-ci ildə İstanbulda baş tutmuş Rusiya-Ukrayna danışıqlarını xatırladıb:

"Biz onlarla razılaşdıq. Həmin prinsipləri həm biz, həm də ukraynalılar parafladıq. Amma sonradan Qərb bu prinsiplər əsasında müqavilə imzalamağa qadağa qoydu. İndi isə bizə deyirlər ki, “gəlin atəşkəs olsun – sonra baxarıq”. Yox, dostlar! Biz bu ssenarini artıq yaşamışıq, bir daha istəmirik. Makronlar, Starmerlər, fon der Leyenlər və Avropanın digər fiqurları, indi isterik şəkildə ABŞ-dan Rusiyaya qarşı hərəkətləri gücləndirməyi və sanksiyaları artırmağı tələb edənlər – sadəcə bu davranışları onların iç üzünü açır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью