Yoxlama matçı: Qalatasaray 0:3 dən geri döndü

02.10.2026

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qalatasaray” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə yoxlama matçı keçirib.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi səfərdə “Pendikspor”la qarşılaşıb. Görüş 3:3 hesabı ilə başa çatıb.

“Qalatasaray” ilk hissədə qapısında üç cavabsız qol görüb və fasiləyə 0:3 hesabı ilə geridə yollanıb.

Okan Burukun komandası ikinci hissədə geridönüş etməyi bacarıb. “Sarı-qırmızılar”ın qollarını Arda Ünyay, Abdullah Kolazlı və Kaan Ayhan vurublar.

Qeyd edək ki, İstanbul klubu milli fasilədən sonra Türkiyə Super Liqasında “Kasımpaşa” ilə qarşılaşacaq.

Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get" Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью