Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyənin "Qalatasaray" klubu yeni mövsümə hazırlıq çərçivəsində keçirdiyi növbəti yoxlama oyununda məğlub olub.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi İtaliyanın "Monza" komandası ilə qarşılaşmada 0:2 hesabı ilə uduzub.
İlk hissədə Andrea Karboni 23-cü dəqiqədə hesabı açıb. Fasilədən dərhal sonra isə Patrik Kutrone 49-cu dəqiqədə fərqi iki topa çatdıraraq matçın yekun hesabını müəyyənləşdirib.
Qeyd edək ki, "Qalatasaray" yeni mövsüm öncəsi hazırlıq proqramı çərçivəsində avqustun 2-si "Renn"lə, 8-i isə "Vilyareal"la qarşılaşacaq.
"Qalatasaray" meydana çıxır – "Monza" ilə üz-üzə Seneqalda baş məşqçiliyə əsas namizəd: Patrik Viera Leao uğrunda İstanbul derbisi – Mendeş və Qardi iş başında "Məni istəmədiyiniz gün gedəcəyəm" – Kloppdan ilk açıqlama Amrabata Səudiyyə Ərəbistanından təklif – Qəbul edilmədi