Yoxlama oyunu: “Neftçi” Rumıniya klubuna qarşı

02.07.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 2 iyul, AZƏRTAC

Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi" klubu bu gün ilk yoxlama oyununa çıxacaq.

AZƏRTAC xəbər verir ki, komanda Rumıniyanın "ÇFR Kluj" kollektivi ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, “Neftçi” iyulun 6-da Serbiyanın "Partizan", ayın 10-da bu ölkənin digər təmsilçisi "Radniçki Niş" və iyulun 13-də isə Xorvatiyanın "Osiyek" klubları ilə qarşılaşacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью