Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
İspaniyanın “Betis” və İtaliyanın “Komo” klubları arasında baş tutan yoxlama oyununda dava düşüb.
Futbolpress.az xəbər verir ki, birinci hissənin sonlarında ispaniyalı Pablo Fornals rəqib oyunçu Maksim Perronenin sifətinə yumruqla vurub. Daha sonra Perrone bunun qarşılığında Fornalsa şillə vurub. Bundan sonra meydandakı futbolçular arasında əlbəyaxa dava başlayıb. Bir neçə dəqiqə sonra tərəflər sakitləşdirilib.
Hakim Fornals və Perroneyə qırmızı vərəqə verib.
Görüş “Betis”in qələbəsiylə başa çatıb – 3:2.