Yoxluq Sülhiyyə Şirinovanın hekayəsi

21.04.2026

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kulis.az Sülhiyyə Şirinovanın "Yoxluq" adlı qısa hekayəsini təqdim edir.

Qadın başını köynəyin sinəsinə qoyub qoxusunu içinə çəkdi. Qolları ilə özünü qucaqlayıb gözünü yumdu.

Ayılanda köynək boynuna dolanmışdı. Boynundan açıb qoxladı. Yataqdan qalxan kimi ilk işi köynəyi ütüləyib şifonerdən asmaq oldu. Hər səhər köynəyi ütüləyər, ayda bir dəfə yuyardı.

Evin qapısına yaxınlaşıb yoxladı. Açılmamışdı. Qapıya keçirdiyi kağız yerindəydi. Hər axşam qapını kilidləyib açarı çıxarırdı.

Mətbəxə keçdi. Stoldakı biri təmiz, digəri çirkli fincanlara toxunulmamışdı. Pəncərənin ağzındakı göy, yarısından aşağı tünd çay ləkəli fincan da oradaydı. Götürüb qoxladı. Qoxusu qalmamışdı.

Saatın əqrəbləri bir il əvvəlki vaxtı göstərirdi. O gedən saatı…

Yadına düşdü ki, bu gün ətir almalıdır. Evdəki kişi ətri bitmişdi.

“Kitabxanaşünas-alim Elçin Əhmədov” adlı sərgi açılıb "Rolların hamısından xoşum gəlir..." - Onu kino üçün hansı rejissor kəşf etmişdi? Unudulmuş Nobel mükafatçısı - Onun yaradıcılığı hansı kriteriya üzrə qiymətləndirilmişdi?
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью