Yozef Hrabina: “Azərbaycan qazının Slovakiyaya tədarükü Rusiya yanacağına yeganə alternati…
Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Hazırda Azərbaycan qazının Slovakiyaya tədarükü Rusiya yanacağına yeganə alternativ ola bilər.
Bu barədə “Report”a slovakiyalı politoloq Yozef Hrabina bildirib.
O qeyd edib ki, Slovakiyada Avropanın iqtisadi böhran yaşadığı barədə fikir mövcuddur, ona görə də Bratislava öz enerji təhlükəsizliyini təmin etmək üçün həll yolu tapmalıdır.
"Biz Slovakiyanın sənaye müəssisələrini və ev təsərrüfatlarını Azərbaycan qazı ilə təmin etmək barədə düşünürük.
Fikrimcə, siyasətçilərimiz arasında bu planların həyata keçirilməsi ilə bağlı uzun müddətdir müzakirələr gedir", - Y. Hrabina bildirib.
Politoloq vurğulayıb ki, hazırda Azərbaycandan qaz tədarükü ən düzgün qərar kimi görünür.
"Hesab edirəm ki, bu, Rusiya qazının tədarükünün bizə dost olan başqa bir ölkədən tədarüklə əvəzlənməsi üçün yeganə həll yoludur", - o əlavə edib.
Tam oxu
Xəbəri oxu