YPG 4 günlük atəşkəs anlaşmasını pozdu Suriya əsgəri həlak olublar

22.01.2026

Icma.az bildirir, Mia.az portalına istinadən.

Kürd silahlıları kimi tanınan Suriya Demokratik Qüvvələri (SDQ/YPG) adlı qruplaşma mərkəzi hökumətlə imzalanan 4 günlük atəşkəs razılaşmasını pozub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyinin Media və Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, atəşkəsin qüvvəyə mindiyi ilk gündə YPG Hələbin şərqindəki Sirrin bölgəsində və Haseke bölgəsinin  əl-Yarubiyyə və Cəbəl Əbdüləziz kəndlərində Suriya ordusunun mövqelərini 35 dəfə atəşə tutub: "Nəticədə 11 əsgər ölüb, 25-dən çox əsgərin yaralanıb".

Xəbərdə o da deyilir ki, ötən axşam saatlarında YPG üzvləri Hasekedəki silah anbarını da vurub: "Burada isə 7 Suriya əsgəri həlak olub, 20-si yaralanıb".

Suriya ordusu YPG-yə atəşkəsə əməl etməyə çağırıb. Əks halda sarsıdıcı zərbəylə hədələyib.

Tahir Şəlvəli

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью